Hər evdə var – Başdan ayağa mikrob yuvasıdır

Hər evdə var – Başdan ayağa mikrob yuvasıdır






presstv

"Presstv"az #Bakteriya, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mətbəx süngəri mikroorqanizmlərin inkişafı üçün ideal mühitdir.

presstvaz xəbər verir ki, bunu Rusiya Texnologiya Universitetinin biotexnologiya və sənaye farmasiyası kafedrasının dosenti Mariya Zolotareva deyib. adi mətbəx süngəri mikroorqanizmlərin inkişafı üçün ideal mühitdir.

Onun qabarcıqlı strukturu, daim rütubətli olması və üzərində qida qalıqları bakteriyaların çoxalmasına şərait yaradır.

Ekspertin sözlərinə görə, süngərdə ən çox Acinetobacter, Moraxella və Chryseobacterium cinslərinə aid bakteriyalar aşkarlanır ki, bunlar immuniteti zəif olan insanlarda infeksion xəstəliklərə səbəb ola bilər.

Ən təhlükəlisi isə Escherichia coli və enterokoklardır. Bu mikroorqanizmlər fekal çirklənməni göstərir və mədə-bağırsaq pozğunluqları riskini artırır.

Zolotareva qeyd edib ki, ənənəvi təmizləmə üsulları tam effektiv deyil. İsti su və sabunla yumaq, soda həllində islatmaq yalnız səthdəki bakteriyaları azaldır, dərinlikdə qalanlar isə qalır. Dezinfeksiyaedici vasitələr də həmişə dərinliklərə çatmır.

Süngərdəki mikrobioloji yükü azaltmaq üçün ən yaxşı üsul düzgün istifadədir. Hər istifadədən sonra süngəri yaxşı sıxmaq, quru və yaxşı havalandırılan yerdə saxlamaq bakteriyaların çoxalmasını ləngidir. Qab yumaq və iş səthlərini təmizləmək üçün ayrı süngərlərdən istifadə etmək tövsiyə olunur. Süngəri isə həftədə ən az bir dəfə dəyişmək lazımdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv