Dondurulmuş ət nə qədər müddət saxlanıla bilər?

Dondurulmuş ət nə qədər müddət saxlanıla bilər?






presstv

"Presstv"az #Dondurma, #Qida zəhərlənməsi, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mütəxəssislər dondurulmuş ətin təhlükəsiz şəkildə saxlanması ilə bağlı vacib məqamları açıqlayıb.

presstvaz xəbər verir ki, onların sözlərinə görə, ət məhsullarını düzgün dondurmaq qida zəhərlənməsinin qarşısını almaq və qidanın keyfiyyətini qorumaq üçün əsasdır.

Mal əti və qoyun əti: Təxminən 6-12 ay ərzində keyfiyyətini itirmədən saxlana bilər.
Toyuq və digər quş əti: 6 ay müddətində təhlükəsizdir.
Doğranmış və ya üyüdülmüş ət: Keyfiyyətini qorumaq üçün 3-4 ay ərzində istehlak olunmalıdır.
Balıq və dəniz məhsulları: 3-6 ay ərzində dondurulması tövsiyə edilir.

Mütəxəssislər bildirir ki, ətin dondurucuya yerləşdirilməzdən əvvəl təmizlənməsi və hava keçirməyən paketlərdə saxlanması vacibdir. Dondurulmuş ətin əriyib yenidən dondurulması qida təhlükəsizliyini risk altına alır.

İstifadəçilər həmçinin dondurucuda temperaturun -18°C və ya daha aşağı səviyyədə saxlanmasının vacibliyini unutmamalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv