Ölkədən qaçan Ramin Axundovun şirkəti nizamnamə kapitalını yarıya endirib

Ölkədən qaçan Ramin Axundovun şirkəti nizamnamə kapitalını yarıya endirib






presstv

"Presstv"az #Araz-Naxçıvan, #Audi, #Azərbaycan, #Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, #Cinayət işi, #Gəmi, #Orta məktəb, #Qaçaqmalçılıq, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda gəmiçilik şirkəti – “SƏMAYƏ CO LTD” MMC nizamnamə kapitalını azaltdığını elan edib.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, şirkətin 644 700 manatlıq nizamnamə kapitalı 50% azaldılaraq 322 350 manata endirilib.

Qeyd edək ki, şirkət 2004-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vasif Böyükağa oğlu Zərbəliyevdir.

Yeri gəlmişkən bildirək ki, “SƏMAYƏ CO LTD” MMC-nin hazırda dövlətə 124 952.22 manat vergi borcu da var.

Şirkətin əsas fəaliyyəti gəmiçilik, yüklərin daşınması və logistika xidmətlərindən ibarətdir. Hazırda şirkətin balansında 3000, 2000 tonluq neft tankerləri, 2500 tonluq quru yükdaşıyan gəmilər və digər təyinatlı gəmilər mövcuddur. Yüklərin daşınması üçün cari sifariş olmadığından gəmilər icarəyə verilir, gəlir əsasən icarə haqlarından və təsisçinin dəstəklərindən formalaşır.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

“Səmayə Co”, “Səmayə Logistic” və “RR Caspi” rəhbəri Ramin Axundov Premyer Liqada çıxış edən “Araz-Naxçıvan”ın prezidentidir.

R.Axundov istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk edib. Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.

Ramin Axundov eyni zamanda Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qardaşıdır.

Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüquq fakültəsində ali təhsil alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv