Qızılın qiymətini artıran meyarlar – Ekspertlər nələri açıqladılar?

Qızılın qiymətini artıran meyarlar – Ekspertlər nələri açıqladılar?






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Bahalaşma, #Dollar, #Gəmi, #Qiymət artımı, #Qızılın qiyməti, #Venesuela, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son dövrlərə qədər qiymət artımının bir qədər səngidiyi qızıl yenidən bahalaşmağa başlayıb.

Belə ki, qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 4 500 dolları keçərək tarixi maksimumu yeniləyib. Sonradan qiymət bir qədər ensə də, son günlərə qədər olan hədlə müqayisədə yüksəkdir.

Ümumilikdə isə 2025-ci ildə qızılın qiyməti 70 faizdən çox artıb. Maraqlıdır, bəs kəskin qiymət artımının arxasında hansı amillər dayanır və bahalaşmanın nəticələri nə ola bilər?

İqtisadçı Xalid Kərimli Baku TV-yə mövzu ilə bağlı açıqlama verib.

“Son vaxtlar ABŞ-nin Venesuela sahillərinə öz hərbi gəmilərini göndərməsi qızılın qiymətini artırır. Çünki qızıl gərginlikdən qidalanan təhlükəsiz aktivdir”, – deyə o bildirib.

Ekspert qızılın qiyməti və ABŞ dolları arasındakı əlaqəni qiymətli metalın bu valyuta ilə ifadə olunması ilə əsaslandırır. Bu baxımdan bahalaşmanın 2026-cı ildə də davam edəcəyini hesab edir. İqtisadçı Rəşad Həsənov isə qızılın bahalaşmasını qısamüddətli dövrdə iqtisadi konyunkturun və geosiyasi vəziyyətin proqnoz olunmaması ilə izah edir.

Daha ətraflı videomaterialda:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv