Xocavənddə 228 evin təmirinə 15 milyon manat ayrıldı

Xocavənddə 228 evin təmirinə 15 milyon manat ayrıldı






presstv

"Presstv"az #Audi, #Füzuli, #Tikinti və İdarəetmə Xidməti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi (PHŞ) 228 fərdi yaşayış evinin təmiri üçün 15 milyon 139 min 495 manat 54 qəpik dəyərində dörd satınalma müqaviləsi bağlayıb.

presstvaz xəbər verir ki, müqavilələr bir mənbədən satınalma metodu əsasında bağlanıb.

“Gross Construction” QSC ilə imzalanan müqaviləyə əsasən, Xocavənd rayonunun Xocavənd şəhərində ümumi sahəsi 3 800 kvadratmetr olan 20 fərdi yaşayış evinin təmiri həyata keçiriləcək. Bu işlərə görə şirkətə 1 milyon 321 min 982 manat 6 qəpik ödəniləcək.

“RƏMZİ” MMC xidmətin sifarişi ilə Xocavənd rayonunun Kiş kəndində ümumi sahəsi 9 500 kvadratmetr olan 50 fərdi yaşayış evinin təmirini icra edəcək. Müqavilənin dəyəri 3 milyon 319 min 934 manat 63 qəpik təşkil edir.

“Az-Caspian Construction” MMC (VÖEN – 1200409991) Xocavənd rayonunun Xocavənd şəhərində ümumi sahəsi 9 500 kvadratmetr olan 50 evin, eləcə də Quzeyxırman kəndində ümumi sahəsi 14 820 kvadratmetr olan 78 evin təmirini həyata keçirəcək. Bu işlər üçün şirkətə 8 milyon 509 min 549 manat 58 qəpik ödəniləcək.

“Layihə Bərpa Tikinti” MMC (VÖEN – 8000079611) isə Xocavənd şəhərində ümumi sahəsi 5 700 kvadratmetr olan 30 fərdi yaşayış evinin təmirinə cəlb olunub. Müqavilənin dəyəri 1 milyon 988 min 29 manat 27 qəpikdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv