VK sədri: “Vətəndaşla dövlət arasında hüquqi körpü rolunu məhz vəkillər oynayır”

VK sədri: “Vətəndaşla dövlət arasında hüquqi körpü rolunu məhz vəkillər oynayır”






presstv

"Presstv"az #Anar Bağırov, #Audi, #Azərbaycan, #Hakim, #Heydər Əliyev, #İlham Əliyev, #Konstitusiya və Suverenlik İli, #Müharibə, #Vəkillər Kollegiyası, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Növbəti il üçün dövlət büdcəsindən ödənişsiz hüquqi yardım məqsədi ilə doqquz milyon manat pul ayrılıb”.

presstvaz-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov qurumun təntənəli mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, vəkillik hər zaman yüksək məsuliyyət, prinsipiallıq və fədakarlıq tələb edən bir peşə olub:

“Cəmiyyətin ədalətə olan inamının formalaşmasında vətəndaşla dövlət arasında hüquqi körpü rolunu məhz vəkillər oynayır. Odur ki, bu gün and içən hər bir həmkarımız yalnız peşə fəaliyyətinə başlamır, eyni zamanda böyük bir etimadı və ağır məsuliyyəti öz üzərinə götürür.

Cari il Azərbaycan üçün xüsusi rəmzi və tarixi məna daşıyır. 2025-ci il “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur. Eyni zamanda xalqımızın tarixində yeni bir mərhələnin başlanğıcı olan Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümünü qeyd etdik. Bu Qələbə yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də dövlət suverenliyimizin hüquqi əsaslarının möhkəmləndirilməsi, konstitusiyamızın bütün ərazilərimizdə tam və maneəsiz tətbiqinin təmin olunması deməkdir. Məhz bu kontekstdə hüququn aliliyinin, ədalətin və insan hüquqlarının təminində vəkillik institutunun rolu daha aydın şəkildə önə çıxır.

Vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxışının təmin edilməsi, müdafiə hüququnun effektiv icrası və məhkəmə icraatında tərəflərin bərabərliyinin qorunması müstəqil vəkillik fəaliyyətinin konstitusion əsasını, cəmiyyətdəki əhəmiyyətini bir daha təsdiqləyir”.

A.Bağırov bildirib ki, postsovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biri Azərbaycan olub:

“Ümummilli lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun imzalanıb, ölkə tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan təsisat kimi formalaşıb.

Vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində qəbul edilmiş çoxsaylı normativ-hüquqi aktlar və islahatlar ulu öndərin layiqli davamçısı, möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə də birbaşa bağlıdır. Prezidentin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu baxımdan xüsusi strateji əhəmiyyətə malikdir. Həmin fərmanla dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Kollegiyaya ayrılması vəkilliyin institusional müstəqilliyinin gücləndirilməsinə əsaslı töhfə verib”.

Kollegiya sədri vurğulayıb ki, 2025-ci ildə vəkillərə saathesabı ödənilən xidmət haqqının 6 manatdan 11 manata qaldırılması bu siyasətin ardıcıl davamının bariz nümunəsidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv