Restoranlarda QR-kodlar təhlükəlidir? – Ekspert rəyi

Restoranlarda QR-kodlar təhlükəlidir? – Ekspert rəyi






presstv

"Presstv"az #Audi, #Nəqliyyat, #QR-kod, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illər mağazalarda ödənişdən tutmuş restoran menyularına, ictimai nəqliyyata qədər bir çox sahədə QR-kodlardan geniş istifadə olunur. Skaner vasitəsilə lazımi məlumatı saniyələr içində əldə etmək mümkündür. Bu texnologiya vaxt itkisini azaldır, gündəlik həyatı daha rahat və sürətli edir.

presstvaz “Xəzər TV”yə istinadən xəbər verir ki, bəzi hallarda isə istifadəçilər saxta QR-kodlarla da qarşılaşırlar.

Mütəxəssislər bildirirlər ki, saxta QR-kodlar vasitəsilə vətəndaşların şəxsi məlumatları ələ keçirilə, bank kartları boşaldıla, telefonlarına zərərli proqramlar yüklənə bilər. Xüsusilə ictimai yerlərdə yerləşdirilən QR-kodlar daha riskli hesab olunur.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Coşqun Mehdiyev deyir ki, burada əsas problem yönləndirilən keçidlərdədir. İstifadəçi bilmədən saxta sayta daxil olur, bu zaman isə şəxsin məlumatları cəmi bir neçə saniyədə ələ keçirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv