Qarlı hava ilə bağlı respublikanın avtomobil yollarında hansı işlər görülür?

Qarlı hava ilə bağlı respublikanın avtomobil yollarında hansı işlər görülür?






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Bakı, #Nəqliyyat, #Qəbələ, #Quba, #Şamaxı, #Şəmkir, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Muğanlı-İsmayıllı-Qəbələ, Bakı-Şamaxı-Yevlax, Qusar-Xudat, Quba-Qusar, Qusar-Şahdağ, Quba-Qonaqkənd, İsmayıllı-Lahıc, Şamaxı-Çuxuryurd-Nağaraxana-Dəmirçi, Şəmkir-Gədəbəy və digər respublika əhəmiyyətli avtomobil yollarında yolun hərəkət hissəsindən qarın təmizlənməsi və buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər fasiləsiz şəkildə həyata keçirilir.

Xüsusilə gecə boyu və səhər saatlarında qarın intensiv yağdığı, eləcə də buzlaşmanın yarandığı dağlıq və dağətəyi ərazilərə xüsusi texnikalar – qar təmizləyən maşınlar, duz-qum səpən avadanlıqlar, eləcə də kifayət qədər canlı qüvvə cəlb olunub. Görülən tədbirlər nəticəsində sözügedən istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib, yolların bağlanmasının qarşısı alınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv