Ceyhun Bayramov: “Ən vacib və ən böyük istəyimiz odur ki, müharibə tez başa çatsın”

Ceyhun Bayramov: “Ən vacib və ən böyük istəyimiz odur ki, müharibə tez başa çatsın”






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Ceyhun Bayramov, #Mətbuat konfransı, #Müharibə, #Rusiya, #Rusiya-Ukrayna müharibəsi, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ən vacib və ən böyük istəyimiz odur ki, müharibə tez başa çatsın. Bu, böyük faciədir. Dörd ili tamam olacaq. Müharibədə həlak olmuş insanların sayı yüksəkdir. İnanılmaz faciədir. Arzu edərdik ki, 2026-cı ildə başa çatsın”.

Bunu 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında presstvaz əməkdaşının “Rusiya-Ukrayna müharibəsinin 2026-cı ildə başa çatması ehtimalı fonunda Azərbaycan postmüharibə dövründə formalaşacaq yeni geosiyasi reallıqlara hansı əsas istiqamətlər üzrə hazır olmalıdır?” sualına cavab olaraq xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, prosesləri indidən proqnozlaşdırmaq olmaz:

“Bu, müharibənin hansı şərtlərlə başa çatmasından asılıdır. Bir neçə ssenari var. Bunlar Rusiyanın Ukrayna ilə münasibətləri, Rusiyanın Avropa ilə soyuq müharibəsi davam edəcəkmi, Rusiyaya tətbiq olunan sanksiya davam edəcəkmi, Ukraynanın bərpa prosesi necə olacaq, bərpa prosesi ilə bağlı plan mövcud olacaqmı? – Bir çox elementlər var ki, onları bilmədən fərziyyələr irəli sürmək olmaz. Bizim davranışımız bu proseslərdən asılı olacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv