Leyla Əliyeva “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb

Leyla Əliyeva “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb






presstv

"Presstv"az #Audi, #Bakı, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #IDEA İctimai Birliyi, #Leyla Əliyeva, #Şamaxı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İçərişəhərdə yerləşən “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb.

Mərkəzdə yaşlı insanlar müxtəlif əl işləri, dekorativ-tətbiqi sənət nümunələri və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olurlar, onlar üçün mütəmadi olaraq maarifləndirici və mədəni tədbirlər təşkil edilir.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyeva yaşlılarla səmimi söhbət edib, səsləndirdikləri şeirləri dinləyib, onların hazırladıqları əl işlərinə baxıb, məşğələlərin məzmunu və mərkəzin gələcək fəaliyyət planları barədə məlumat alıb.

Qeyd edək ki, yaşlı insanların fəal, sağlam və mənalı həyat sürməsini dəstəkləmək üçün “YAŞA” Mərkəzləri şəbəkəsi formalaşdırılıb. Hazırda bu mərkəzlər təkcə Bakıda deyil, eyni zamanda Mingəçevir və Şamaxı şəhərlərində də fəaliyyət göstərir, müxtəlif regionlarda yaşayan ahıllar üçün sosiallaşma, öyrənmə və fəal həyat imkanları yaradır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv