ABŞ-də azyaşlı oğlan məşhur filmin qəhrəmanı kimi evini qoruyub

ABŞ-də azyaşlı oğlan məşhur filmin qəhrəmanı kimi evini qoruyub






presstv

"Presstv"az #ABŞ, #Audi, #Hadisə, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Nyu-York ştatının Lonq-Aylend şəhərində yaşayan 12 yaşlı oğlan məşhur “Evdə tək” filminin qəhrəmanı Kevin Makkalister kimi davranaraq öz evinin qarət olunmasının qarşısını alıb.

presstvaz xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.

Məlumata görə, uşaq evdə tək olub. O, mətbəxdə şüşələrin sınmasını və addım səslərini eşidib. Uşaq pəncərədən həyətə tullanaraq içəriyə kimin girdiyini öyrənməyə qərar verib və içəridə evsiz bir adam görüb.

Uşaq həyətdə gizlənməyə və polisə zəng etməyə qərar verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və oğrunu həbs ediblər. Oğlan baş verənləri telefonda anasına da danışıb. Qadının sözlərinə görə, əvvəlcə oğlunun zarafat etdiyini düşünüb, çünki uşaq onunla sakit tərzdə danışıb.

“Elə o məqamda o, telefonu polisə verdi və yalnız bundan sonra onun ciddi olduğunu anladım”, – deyə uşağın anası qeyd edib.

Qadın, həmçinin bildirib ki, uşaq ən çox Milad hədiyyələrinin təhlükəsizliyindən narahat olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv