“Çox vaxt “BakıKart”da pulumuz olmurdu” – Avtobuslarda yeni ödəniş sistemi işə düşdü

“Çox vaxt “BakıKart”da pulumuz olmurdu” – Avtobuslarda yeni ödəniş sistemi işə düşdü






presstv

"Presstv"az #Apple, #Audi, #Avto, #avtobus, #Bakı, #Google, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Artıq nağd pul və ya fiziki “BakıKart”ın daşınmasına ehtiyac qalmır. Bakı şəhəri üzrə “BakuBus”a məxsus bütün marşrut avtobuslarında telefon, ağıllı saat və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içərisində ödəniş etmək mümkündür.

Sakinlər yeniliyi belə dəyərləndiriblər: “Türkiyədə belə idi, bir bizdə belə sistem yox idi. Şükür Allaha ki, bizə də gətiriblər”.

“Çox vaxt “BakıKart”da pulumuz olmurdu və ya üstümüzdə nağd pul tapılmırdı. Bu kart sistemi ilə artıq asanlıqla keçə bilirik”.

“BakuBus”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva sistemin tətbiqi ilə bağlı açıqlama verib:

“BakuBus” MMC-yə məxsus bütün avtobuslarda NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də “Google Pay” və “Apple Pay” vasitəsilə nağdsız ödəniş sistemi tam şəkildə aktivləşdirilib. Yeni ödəniş sistemi çərçivəsində həyata keçirilən əsas yeniliklərdən biri ardıcıl ödəmə imkanlarının genişləndirilməsidir. Yeni sistemin istifadəyə verilməsi sərnişinlərə əlavə üstünlüklər vəd edir”.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv