Bu şəxslər bazar günü işləsin – Deputatdan təklif

Bu şəxslər bazar günü işləsin – Deputatdan təklif






presstv

"Presstv"az #Avto, #avtobus, #Azərbaycan, #Bakı, #Milli Məclis, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda sürüşkən iş rejiminə keçirilməsi, hətta bir sıra müəssisələr üçün bazar gününün iş günü olması təklif edilib.

presstvaz APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

Deputat bildirib ki, tıxac probleminin həlli ilə bağlı müxtəlif istiqamətlərdə düşünməliyik:

“Bəzi ölkələrdə iş saatları səhər 7-də başlayır və 16:00-da başa çatır. Elə müəssisələr var ki, onların bazar günü iş rejiminə keçməsi mümkün ola bilər. Məsələn, banklar və başqa sektorlar iş günü çalışmaya bilərlər. Bu yaxınlarda yayımlanan bir reportajda dövlət qulluqçularından biri müsahibəsində qeyd etmişdi ki, “mən 8 saat rəsmi işlə işləyirəm, 4 saat isə tıxac üçün işləyirəm”. İnsanların böyük əksəriyyəti işə çatmaq üçün evdən 2 saat əvvəl çıxır, geri qayıdarkən də 2 saat vaxt itirir. Ona görə Bakının tıxac problemi həll olunana qədər vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün müəyyən addımlar ata bilərik. Əgər bir insan sübut edirsə ki, işə gəlmək üçün yolda 2 saat vaxt itirir, heç olmasa ona işdən 1 saat tez çıxmaq imtiyazı nəzərdə tutulmalıdır. Bu, həm insanların işə daha keyfiyyətli yanaşması, həm də ümumi əmək məhsuldarlığı baxımından olduqca faydalıdır. Düşünürəm ki, hazırda Bakının tıxac probleminin həlli doğrudan da çətindir. Avtobusların hərəkəti və digər nəqliyyat məsələləri tənzimlənməlidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv