Gürcüstanın sabiq müdafiə naziri zorakı etiraz aksiyası təşkil etdiyinə görə saxlanıldı

Gürcüstanın sabiq müdafiə naziri zorakı etiraz aksiyası təşkil etdiyinə görə saxlanıldı






presstv

"Presstv"az #Audi, #Dövlət Təhlükəsizliyi Xidməti (DTX), #Gürcüstan, #Hadisə, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya oktyabrın 4-də Tbilisidə zorakı etiraz aksiyası təşkil etdiyinə görə saxlanılıb.

presstvaz xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

İş üzrə onun həyat yoldaşı Anna Nadareişvili də saxlanılsa da, hazırkı mərhələdə o, sərbəst buraxılıb.

“Hakimin qərarı əsasında əldə edilmiş məlumatların emalı nəticəsində müəyyən edilib ki, oktyabrın 4-də baş vermiş cinayət hadisələri zamanı Axalaya internet tətbiqi vasitəsilə bu hadisələrə rəhbərlik edib və əsas təşkilatçı olub. O, həmçinin mobil tətbiqlər vasitəsilə iş üzrə əvvəllər saxlanılmış Burçuladze, Zodelava, Nadiradze, Mancqaladze və Beridze ilə dəfələrlə ünsiyyətdə olub. Təqsirləndirilən şəxslər etiraz aksiyasının keçirilməsi planını müzakirə ediblər” – deyə DTX-nin məlumatında qeyd edilir.

Xatırladaq ki, Gürcüstan Daxili İşlər Nazirliyi oktyabrın 5-də Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridzeni hakimiyyətin zorakılıqla dəyişdirilməsinə çağırış ittihamı ilə həbs edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv