Ölkədən çıxışına qadağa qoyuldu, gizli yolla Rusiyaya qaçarkən yaxalandı

Ölkədən çıxışına qadağa qoyuldu, gizli yolla Rusiyaya qaçarkən yaxalandı






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #Füzuli, #Hadisə, #Qusar rayonu, #Rusiya, #Saratov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycandan çıxışına qadağa qoyulan şəxs Rusiyaya qaçarkən yaxalanıb.

presstvaz-ın məlumatına görə, hadisə Qusar rayonun Samur qəsəbəsi ərazisində baş verib. Füzuli rayon sakini, 1979-cu il təvəllüdlü İlham Əsədov (ad və soyad şərtidir) Rusiyanın Saratov şəhərinə getmək üçün “Samur” sərhəd-keçid məntəqəsinə gəlib. Məntəqədə aparılan araşdırmalar zamanı məlum olub ki, İ.Əsədovun ölkədən çıxışına qadağa qoyulub. Buna görə də o, sərhəddən geri qaytarılıb.

Sərhəd-keçid məntəqəsindən geri qayıdan İ.Əsədov bu dəfə Rusiyaya qanunsuz keçmək qərarına gəlib, bu məqsədlə Samur qəsəbəsi ərazisindən gizli yolla ölkəni keçməyə cəhd edib. O, sərhədin tikanlı məftillə çəpərlənmiş hissəsindən keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

İ.Əsədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində olan işə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İ.Əsədov 1000 manat cərimə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv