Polis Bərdə və Ağdamda silah alveri edən cinayətkar dəstənin üzvlərini saxladı

Polis Bərdə və Ağdamda silah alveri edən cinayətkar dəstənin üzvlərini saxladı






presstv

"Presstv"az #Audi, #Avto, #Bərdə Rayon Polis Şöbəsi, #Cinayət işi, #Daxili İşlər Nazirliyi (DİN), #Məhkum, #Odlu silah

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir qrup şəxsin Bərdə və Ağdam rayonları ərazilərində odlu silah-sursat satışı həyata keçirməsi ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbirləri həyata keçirilib.

presstvaz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polisə Ağdam rayon sakinləri əvvəllər məhkum olunmuş 34 yaşlı Ağasif Abdullayev, tanışı 36 yaşlı Şünasib Hüseynov, 24 yaşlı Cavid Quliyev və Bərdə rayon sakini 29 yaşlı Vüsalə Həsənova ilə qabaqcadan əlbir olaraq qrup şəklində birləşərək dekabr ayı ərazində qanunsuz olaraq odlu silah və onun kompleks hissələrinin satışını təşkil etdikləri barədə əməliyyat məlumatları daxil olub.

Dekabrın 23-də qrup üzvləri A.Abdullayev, Ş.Hüseynov və V.Həsənova növbəti dəfə odlu silah sursat satmaq istəyən zaman Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan ümumilikdə iki ədəd “Kalaşnikov” avtomatı, bir ədəd “Makarov” tapançası, altı ədəd patron darağı və 168 ədəd patron aşkarlanıb.

Tədbirin davamı olaraq həmin odlu silah-sursatları qanunsuz əldə edib saxlayan və satmaq məqsədilə dəstə üzvlərinə təqdim edən qrupun digər üzvü C.Quliyev də Zəngilan rayonu ərazisində saxlanılaraq Bərdə RPŞ-yə gətirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. A.Abdullayev,Ş.Hüseynov, V.Həsənova və C.Quliyevə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qrup üzvlərinin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv