Hindistanda ayı məktəbə soxuldu: Sinif otağının qapısını sındıraraq şagirdi apardı

Hindistanda ayı məktəbə soxuldu: Sinif otağının qapısını sındıraraq şagirdi apardı






presstv

"Presstv"az #Audi, #Hakim, #Hindistan, #Meşə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hindistanda ayı məktəb ərazisinə girib və elə sinif otağından uşağı aparıb.

presstvaz bildirir ki, bu barədə “The Star” qəzeti məlumat verib.

İnsident Uttarkhand ştatının Harişankar şəhərindəki məktəbdə baş verib. Ayı dərs getdiyi zaman məktəb binasına girib, şagirdlərin və müəllimlərin gizləndikləri kabinetlərin bağlı qapılarına özünü çırpmağa başlayıb. Ayı qapılardan birini sındırmağı bacarıb, Aarav adlı altıncı sinif şagirdinə hücum edib və onu meşəyə doğru sürükləməyə çalışıb. Müəllimlər və digər şagirdlər uşağın köməyinə qaçıb və ayını geri çəkilməyə məcbur ediblər, onların əlaqələndirilmiş hərəkətləri sayəsində oğlan uşağı xilas edilib.

Yırtıcı heyvan ovunu yaxınlıqdakı kolluqlarda atıb. Aarav heyvanın caynaqlarından və dişlərindən çoxsaylı xəsarətlər alıb.

“Biz başa düşə bilmirik, niyə administrasiya hələ də şagirdlərin mühafizəsi üçün qətiyyətli tədbirlər görmür. Oxşar hücum bir neçə gün əvvəl başqa bir ərazidə baş verib”, – deyə anonimlik şərti ilə danışan müəllimlərdən biri bildirib.

Bu, son günlərdə Uttarkhandda məktəb ərazisinə girən ikinci yırtıcıdır. Daha əvvəl vaşqa bir heyvan Harişankar məktəbinin şagirdi olan qıza dərsdən sonra evə qayıtdığı zaman hücum edib. Çamoli dairəsi hakimiyyəti məktəbə gedən bütün uşaqların müşayiət edilməsinə göstəriş verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv