Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva 5 nömrəli xüsusi internat məktəbində olublar

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva 5 nömrəli xüsusi internat məktəbində olublar






presstv

"Presstv"az #Alyona Əliyeva, #Arzu Əliyeva, #Audi, #Azərbaycan, #Bakı, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #IDEA İctimai Birliyi, #İlham Əliyev, #Leyla Əliyeva, #Media Mərkəzi, #Təbrik, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar məktəbdə təşkil olunan Yeni il tədbirində iştirak ediblər.

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva burada təhsil alan şagirdlərlə görüşərək onları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər.

Qonaqlar şagirdlərin çıxışlarını və rəqslərini izləyib, onların ifasında şeir və musiqi parçalarını dinləyiblər.

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva daha sonra uşaqlarla söhbət edib və şəkillər çəkdiriblər.

Qeyd edək ki, gözdən əlil uşaqlar üçün internat məktəbi 1961-ci ildə inşa edilib. Məktəb 2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib, yeni sinif otaqları, kompüter zalı yaradılıb və müasir avadanlıqla təchiz olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv