Ağcabədidə ölü doğulan körpə ilə bağlı İDDİA: “Hər şey normal idi”

Ağcabədidə ölü doğulan körpə ilə bağlı İDDİA: “Hər şey normal idi”






presstv

"Presstv"az #Ağcabədi, #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Hadisə, #Həkim, #Körpə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Üç gün əvvəl gəlinimi xəstəxanaya gətirmişdim, onda həkim dedi ki, hər şey normaldır”.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, bunu bu gün Ağcabədidə doğuş zamanı övladı tələf olan Ləman Rəhimovanın qayınanası Şəhla Rəhimova deyib.

“İradə həkim dünənə doğuş təyin etmişdi. Dünən gəlinimin ağrıları başladığına görə həkimə zəng etdim, gətirməyimizi söylədi. Gəldik, yenidən müayinə etdi və yenə dedi ki, hər şey qaydasındadır, axşama qədər doğuş ola bilər. Gecəni burada qaldıq. Səhər saat 8-də doğuşa apardılar, lakin bir müddət sonra bizə bildirdilər ki, uşaq ölü doğulub. Bu necə baş verdi, niyə belə oldu, bilmirik”, – Ş.Rəhimova qeyd edib.

Ağcabədidə ölü doğulan körpə ilə bağlı İDDİA: Hər şey normal idi

Ağcabədidə ölü doğulan körpə ilə bağlı İDDİA: Hər şey normal idi

Ağcabədi rayonunda körpə doğuş zamanı ölüb.

presstvaz-ın məlumatına görə, hadisə bu gün baş verib.

Zərdab rayon sakini Ləman Abbas qızı Rəhimova doğuş üçün Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Doğuş zamanı körpə ana bətnində tələf olub.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv