Smolensk vilayətindəki Azərbaycan diasporunun rəhbəri barəsində çıxarılmış hökm LƏĞV EDİLDİ

Smolensk vilayətindəki Azərbaycan diasporunun rəhbəri barəsində çıxarılmış hökm LƏĞV EDİLDİ






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Cinayət işi, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyada Smolensk Vilayət Məhkəməsi dekabrın 24-də Smolensk vilayətinin “Milli Konqres” regional ictimai assosiasiyasının rəhbəri, yerli Azərbaycan diasporunun başçısı Faiq Əliyev barəsində çıxarılmış hökmü ləğv edib.

presstvaz “Kommersant” nəşrinə istinadən xəbər verir ki, iş yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə göndərilib.

Faiq Əliyevə hökm bu ilin oktyabrın 16-da Smolenskin Lenin Rayon Məhkəməsi tərəfindən çıxarılmışdı və o, məhkəmə zalında həbs edilmişdi. İctimai xadim və sahibkara ona məxsus restoran tərəfindən istehlak edilən elektrik enerjisinin ödənişi zamanı dələduzluq və bununla bağlı olaraq “Rosseti”nin yerli bölməsinin əməkdaşına rüşvət vermə ittihamları irəli sürülmüşdü.

Məhkəmə ona 4 il müddətinə azadlıqdan məhrumetmə və 8.4 milyon rubl (178 min AZN) məbləğində cərimə cəzası təyin etmişdi.

Müdafiə tərəfi bu hökmü apellyasiya qaydasında şikayət etmişdi. Xüsusilə, vəkil qeyd edib ki, birinci instansiya məhkəməsi Faiq Əliyevin təqsirini etiraf etməsi, peşman olması, hətta cinayət işi üzrə 840 min rubl məbləğində dəymiş ziyanı ödəməsi kimi hallara lazımi qiymət verməyib. Bundan əlavə, o, yalnız müsbət xarakterizə olunub.

Nəticədə vilayət məhkəməsi müdafiə tərəfinin arqumentləri ilə razılaşıb və işi yenidən baxılması üçün göndərib. Bununla belə, təqsirləndirilən şəxs 2026-cı il fevralın 24-dək həbsdə saxlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv