Yeni il bayramında uşaqlara şampan verməyin fəsadları: Həkimdən XƏBƏRDARLIQ

Yeni il bayramında uşaqlara şampan verməyin fəsadları: Həkimdən XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Ailə, #Audi, #Psixoloq, #Rusiya, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yeni il bayramında uşaqlara uşaq şampanı vermək tövsiyə edilmir.

presstvaz xəbər verir ki, bu barədə rusiyalı uşaq və ailə psixoloqu Mariya Myasnikova “AİF.ru” nəşrinə müsahibəsində danışıb.

Psixoloq bu içkinin qəbulunun fəsadlarından bəhs edib. Onun fikrincə, Yeni il bayramında uşağa uşaq şampanı verildikdə, onlar qədəhi bayramın ayrılmaz atributu kimi qəbul etməyə başlayırlar.

“Alkoqol şənliklərin ayrılmaz, demək olar ki, sehrli bir hissəsinə, yetkinlik və sevinc simvoluna çevrilir. Sevinc və ailə birliyi uşaqların sinir yollarında ünsiyyət və oyunlarla deyil, alkoqollu içkinin görünüşü və dadı ilə daha çox bağlıdır”, – deyə mütəxəssis xəbərdarlıq edib.

Mariya Myasnikova qeyd edib ki, uşaq şampanı dərhal asılılığa səbəb olmur. Lakin bu ənənəyə uşaqlıqda riayət edən insan, öz yeniyetməlik dövründə, böyük ehtimalla, rahatlamaq və ya stresi aradan qaldırmaq üçün alkoqollu içkiyə müraciət edəcək.

Bu problemdən qaçmaq üçün psixoloq Yeni il şənliklərində diqqəti içkiyə deyil, fişənglərə və ya ailə oyunlarına yönəltməyi məsləhət görüb. O həmçinin uşaqlarla xüsusi bayram kokteylləri hazırlamağı da tövsiyə edib.

Mariya Myasnikova əlavə edib ki, yeniyetmələrlə alkoqolun zərəri barədə danışmaq vacibdir. “Amma ən yaxşı nümunə sizin şüurlu və mülayim münasibətinizdir”, – deyə mütəxəssis vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv