Bayram günlərində balanslı qidalanma necə olmalıdır? – AÇIQLAMA

Bayram günlərində balanslı qidalanma necə olmalıdır? – AÇIQLAMA






presstv

"Presstv"az #Alkoqollu içkilər, #Düzgün qidalanma, #Həkim, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yeni il bayramı həm sevincli, həm də ziyafətlərlə dolu günlərdir. Süfrələrimizin bəzəyi cürbəcür yeməklərlə göz oxşayır. Lakin mütəxəssislər qeyd edir ki, bu dövrdə düzgün qidalanmamaq sağlamlıq problemlərinə səbəb ola bilər.

Bəs Yeni İldə necə qidalanmalıyıq? 

presstvaz xəbər verir ki, qida eksperti Məhsəti Hüseynovanın sözlərinə görə, bayram süfrəsində balanslı qidalanma vacibdir:

"Yüngül və vitaminlə zəngin salatlar, tərəvəz və meyvələr yemək həzm sisteminə dəstək olur. Ağır və yağlı yeməkləri həddindən artıq qəbul etmək isə ürək-damar sisteminə yük gətirə bilər. Alkoqollu içkilərin miqdarını azaltmaq və bol su içmək də həkimlərin tövsiyə etdiyi önəmli məqamlardandır. Qısa fasilələrlə və kiçik porsiyalarla yemək, orqanizmi yormadan bayramı keçirməyə imkan verir".

Mütəxəssis onu da xatırladır ki, bayram günlərində qidalanma vərdişlərini tamamilə dəyişdirmək yerinə, balanslı seçimlərlə süfrəyə yaxınlaşmaq daha sağlamdır. Həmçinin fiziki aktivliyi saxlamaq, yürüşlər və yüngül idman hərəkətləri ilə bayramı daha rahat keçirmək mümkündür.

Qeyd edək ki, Yeni il ziyafətlərində balansı qorumaq və həddən artıq yeməkdən çəkinmək, həm sağlamlıq, həm də bayramın zövqünü artırmaq üçün əsas şərtdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv