İsveçdə yaxın qohumlar arasında nikah qadağan olunacaq

İsveçdə yaxın qohumlar arasında nikah qadağan olunacaq






presstv

"Presstv"az #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsveç hökuməti əmi, dayı, xala, bibi uşaqları arasında nikahı qadağan edən və krallıqdan kənarda bağlanan belə izdivacları tanımayan qanun layihəsi hazırlayıb.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin məlumatında deyilir.

Təşəbbüs namusla bağlı təqiblərə, eləcə də nikah zamanı tətbiq oluna biləcək digər təzyiq və ya məcburiyyət formalarına qarşı mübarizə aparmaq məqsədi daşıyır.

“Cəmiyyətimizdə namusa söykənən zorakılıq və təzyiq qəbuledilməzdir. Sıfır dözümlülükdən danışmaq asandır, amma bu, qanunvericilikdə də öz əksini tapmalıdır. Xüsusilə namus anlayışı ilə bağlı mühitdə yaşayan qadın və qızların müdafiəsi həm cinayət, həm də mülki qanunlarda gücləndirilməlidir. Qohum-əqrəba nikahına qadağa qoyulması hər kəsin öz həyatını təmin etmək üçün mühüm tədbirdir”, – deyə ədliyyə naziri Qunnar Stryommerdən press-relizdə sitat gətirilib.

Mətndə, həmçinin qeyd olunub ki, qızlar və qadınlar üçün “qohum nikahı” namusla təzyiq, eləcə də sosial təcrid və qohumluğa əsaslanan əlaqəli strukturların, o cümlədən cinayət strukturlarının möhkəmlənməsi riskini daşıyır.

Hökumət qanun layihəsində birinci dərəcəli qohumlardan başqa digər yaxın qohumlar arasında da nikahın qadağan edilməsini nəzərdə tutur. Qanuna görə, ögey qardaşlar və övladlığa götürülmüş bacı-qardaşlar bir-biri ilə nikaha girmək üçün icazə ala bilməyəcəklər.

Yeni qanunun 2026-cı il iyulun 1-dən qüvvəyə minməsi gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv