Hülya Avşar ölümdən dönüb: Məşhur sənətçi bahalı avtomobilində qəzaya düşüb

Hülya Avşar ölümdən dönüb: Məşhur sənətçi bahalı avtomobilində qəzaya düşüb






presstv

"Presstv"az #Audi, #Avto, #Haber Global, #Hadisə, #Nəqliyyat, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur türkiyəli aktrisa və müğənni Hülya Avşar yol-nəqliyyat hadisəsi zamanı həyati təhlükə ilə üz-üzə qalıb.

presstvaz xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, 62 yaşlı sənətçi idarə etdiyi bahalı avtomobilində Tarabya çimərliyi yaxınlığında qəzaya düşüb.

Qeyd olunub ki, Hülya Avşar səhvən əyləc əvəzinə qaz pedalına basıb və maşın divara çırpılıb. Məşhur aktrisanın son anda sürətli manevr edərək, avtomobilin suya düşməsinin qarşısını aldığı bildirilir.

Ölümdən dönən Avşarın ciddi şəkildə zədələnmiş avtomobilinin servis mərkəzində təmir edildiyi də vurğulanır.

“Qəza təxminən bir ay yarım əvvəl baş verib. Mən tamamilə yaxşıyam. Zəng edən, soruşan və narahat olan hər kəsə təşəkkür edirəm”, – deyə Hülya Avşar baş verən hadisəyə münasibət bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv