Xətai rayonunda yeni bina tikintisi sakinlərin narazılığına səbəb olub

Xətai rayonunda yeni bina tikintisi sakinlərin narazılığına səbəb olub






presstv

"Presstv"az #Audi, #Bakı, #Torpaq sahəsi, #Xətai rayonu, #YouTube, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda 3000-dən çox sakinin yaşadığı binaların ətrafı hasara alınıb.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, söhbət Xətai rayonu, Gəncə prospekti, 23, 25, 27 ünvanlarından gedir.

Sakinlər deyirlər ki, yaşadıqları binanın qarşısındakı ərazidə başqa bir yaşayış binası tikiləcək.

Bu səbəbdən sakinlərin uzun müddətdir istifadə etdiyi yol bağlanıb. Onlar mərkəzə getmək üçün uzun məsafə qət etməli olurlar.

Sakinlər binanın qarşısında yeni bina tikilməsini istəmirlər. Onlar iddia edirlər ki, 15 il öncə baş verən zəlzələdən sonra binalarında problem yaranıb. Üstəlik, yeni binanın tikiləcəyi ərazi sürüşmə zonasıdır.

Məsələni araşdıranda məlum olub ki, qeyd olunan ünvanlarda yerləşən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq çıxarışa əsasən yaşayış binalarının tikintisi üçün “Hayat Residence” MMC-yə icarəyə verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, sözügedən ərazi sürüşmə zonası kimi müəyyən edilməyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv