Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir

Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir






presstv

"Presstv"az #Azərbaycan, #Dövlət Statistika Komitəsi, #Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkəmizdə mikro, kiçik və orta biznes (KOB) üzrə müsbət artım dinamikası davam edir. Artım KOB-ların sayında, məşğulluqda və əlavə dəyərdəki payında, işçilərinin sayında özünü göstərir.

presstvaz xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə KOB-ların sayı 424 437 olub ki, bu da əvvəlki illə müqayisədə 5.8% çoxdur. 2023-cü illə müqayisədə ötən il KOB-ların yaratdığı əlavə dəyərin həcmi 3.4% artaraq 21.1 milyard manat təşkil edib.

2023-cü ildə KOB subyektlərində çalışan işçilərin sayı 390 800 nəfər olduğu halda, ötən il bu göstərici 417 800 nəfər olub. Bu isə 6.9% artım deməkdir. Qeyd edilən artım fonunda KOB-ların məşğulluqdakı payı 45.3%-ə yüksəlib.

Ümumilikdə son bir neçə ildə ölkə iqtisadiyyatında və məşğulluqda KOB-ların rolunun artması müşahidə edilir. Bu, KOB-ların iqtisadiyyatın dayanıqlı inkişafına daha çox töhfə verdiyini, dövlət tərəfindən KOB-ların fəaliyyətinə göstərilən dəstək tədbirlərinin effektivliyini nümayiş etdirir.

Qeyd edək ki, ölkə üzrə qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin 99.7%-ni KOB subyektləri təşkil edir.

Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv