Yerli icra hakimiyyəti başçısının tabeliyindəki MKTM-in Nümunəvi Nizamnaməsi təsdiqlənib

Yerli icra hakimiyyəti başçısının tabeliyindəki MKTM-in Nümunəvi Nizamnaməsi təsdiqlənib






presstv

"Presstv"az #Audi, #Bakı, #Cəbrayıl, #Əli Əsədov, #Hakim, #Naxçıvan Muxtar Respublikası, #Nazirlər Kabineti, #Ordubad, #Quba

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baş nazir Əli Əsədov yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar imzalayıb.

presstvaz xəbər verir ki, qərara əsasən, “Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq olunub.

Həmçinin qərarda aşağıdakı məsələlər təsdiq olunub:

– Şəhər icra hakimiyyəti (Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri istisna olmaqla) başçılarının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin (MKTM) nümunəvi strukturu və ştat vahidləri;

– Rayon icra hakimiyyəti (Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı rayonları və Naxçıvan Muxtar Respublikasının Şərur, Şahbuz, Culfa, Babək, Ordubad, Kəngərli və Sədərək rayonları istisna olmaqla) başçılarının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri;

– Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri;

– Naxçıvan Muxtar Respublikasının rayon icra hakimiyyəti başçılarının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri.

Sənədə görə, mənzil-kommunal təsərrüfatı müəssisəsinin nizamnamə kapitalı yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil- kommunal təsərrüfatı sahəsində xidmət göstərən qurumların əmlakı hesabına formalaşacaq.

Yerli icra hakimiyyəti (Bakı şəhəri, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər və Qubadlı rayonları istisna olmaqla) orqanları altı ay müddətində aidiyyəti üzrə tabeliklərində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin əsasında məhdud məsuliyyətli cəmiyyət statusunda vahid Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin yaradılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim ediləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv