Zelenski sülh prosesi haqqında: “Əsas sənədlər hazırdır”

Zelenski sülh prosesi haqqında: “Əsas sənədlər hazırdır”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Müharibə, #Rusiya, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ukrayna Avropa və ABŞ ilə birlikdə Rusiya ilə müharibəni bitirmək üçün əsas sənədləri hazırlayıb, lakin hələ görüləsi işlər var”.

presstvaz RBC.ua-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski diplomatlarla görüşdə bildirib.

O vurğulayıb ki, hazırda əsas məqsəd ədalətli sülh və müharibəyə son qoymaqdır:

“Ukrayna diplomatiya yolu ilə qələbəni təmin etmək üçün hər şeyi edir. Bu, Ukrayna müdafiəçilərinin həyatını xilas etmək üçün lazımdır. Sülh planında 20 bənd var. Əlbəttə ki, mükəmməl olmasa da, plan mövcuddur”, – deyə prezident qeyd edib.

Zelenski həmçinin bildirib ki, Ukrayna, Avropa və ABŞ arasında təhlükəsizlik zəmanətləri ilə bağlı çərçivə sənədi mövcuddur. Eyni zamanda, Ukrayna üçün ABŞ ilə təhlükəsizlik zəmanətləri barədə ayrıca ikitərəfli sənəd də hazırlanıb. Bu sənəd Konqres tərəfindən bəzi detallar və məxfi düzəlişlərlə nəzərdən keçiriləcək. Prezident detalları açıqlamayıb.

Onun sözlərinə görə, ayrıca olaraq Ukraynanın bərpası ilə bağlı sazişin ilkin layihəsi də hazırlanıb:

“Yəni prinsipcə, bütün sənədlərin əsas hissəsi hazırdır”, – deyə Zelenski bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv