“Vaxtında ABŞ-yə getsəydim, bunlar da baş verməyəcəkdi” – Səfirliyin təqsirləndirilən sabiq əməkdaşı ifadə verib

“Vaxtında ABŞ-yə getsəydim, bunlar da baş verməyəcəkdi” – Səfirliyin təqsirləndirilən sabiq əməkdaşı ifadə verib






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Audi, #Avto, #avtomobillər, #Azərbaycan, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hakim, #Nəsimi Rayonu, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Azərbaycandakı səfirliyinin əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

presstvaz-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Rafiq Göyüşov ifadə verərək əvvəllər səfirin sürücüsü olduğunu deyib.

“Mən ABŞ səfirliyinin əməkdaşlarının evlə təmin olunması ilə bağlı fəaliyyət göstərmişəm. 1997-ci ildə səfirin sürücüsü olmuşam. 2003-cü ildən 2018-ci ilədək işləmişəm. Mənə verilən ittihamla heç bir əlaqəm yoxdur. İşlədiyim vaxt ərzində evlərdə 70-dən çox amerikalı ailə yaşayıb.

İşdən öz xahişimlə çıxmışam. Səfirlikdə çalışanlara “green card” verirdilər. Mən ABŞ-yə getsəydim, bunlar da baş verməyəcəkdi. Bu vaxt ərzində xəstəlik tapmışam. Mənim gündəlik, həftəlik, aylıq hesabatlarım olub. Özümü təqsirli bilmirəm”.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğunu bildirib.

Növbəti məhkəmə prosesi yanvarın 19-na təyin olunub.

İttihama görə, Rafiq Göyüşov Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən yaşayış komplekslərinin birində diplomatik korpusun işçilərinə kirayə mənzillərin tutulması və avtomobillərin parklanması üçün əlavə ödənişlərin həyata keçirilməsinin zəruriliyini səfirliyin aidiyyəti vəzifəli şəxslərinə bildirib, onları aldadıb. O, inam yaratmaq üçün cinayətin törədilməsinə aidiyyəti olmayan tanışı Azər Səmədovu səfirlik əməkdaşlarının yaşadığı yaşayış binalarında təsərrüfat və digər bu kimi işlərdən məsul olan şəxs kimi təqdim edib. Əldə olunan pullar Səmədovun bank hesabına köçürülüb.

İstintaq materiallarına əsasən, Göyüşovun qanunsuz əməllərindən biri xaricdən gələn səfir və digər diplomatların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin ələ keçirilməsi ilə bağlıdır. Məsələn, qonaq üçün günlük 200 manata kirayə mənzil tutulduğu halda, o, sənədlərdə bu məbləği 400 manat kimi göstərib. Bu və digər oxşar halların nəticəsində yarım milyondan artıq vəsait ələ keçirilib.

Qeyd edək ki, Rafiq Göyüşov dəymiş ziyanı ödəməyib. Təqsirli bilinərsə, onu 10 ildən 14 ilədək həbs cəzası gözləyir.

Rafiq Göyüşova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində məhkəməyə qədər polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv