Dünyanın ən yaşlı futbolçusu karyerasının 41-ci mövsümünə başlayacaq

Dünyanın ən yaşlı futbolçusu karyerasının 41-ci mövsümünə başlayacaq






presstv

"Presstv"az #Ailə, #Audi, #Avstraliya, #Braziliya, #Futbol, #İtaliya, #İtaliya A Seriyası, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

58 yaşlı yapon hücumçu Kazuyoşi Miura “Fukushima United” klubu ilə müqavilə imzalayıb.

presstvaz xəbər verir ki, bu barədə jurnalist İvan Karpov “Telegram” kanalında yazıb.

Müqavilənin imzalanmasından sonra idmançı 1982-ci ildə başlayan karyerasında 41-ci peşəkar mövsümünə start verəcək. Miura dünyanın aktiv ən yaşlı futbolçusu hesab olunur. “Fukushima United” klubu hücumçu üçün karyerasında 19-cu klub olacaq.

O, ilk müqaviləsini 1986-cı ildə Braziliyanın “Santos” klubu ilə imzalayıb. Miura İtaliya A Seriyasında oynayan ilk yapon olub, həmçinin Xorvatiya, Avstraliya və Portuqaliya klublarında çıxış edib.

Yaponiyada o, 1993-cü ildə J-Liqa-nın ən dəyərli oyunçusu olub və “Yokohama”da 20 il keçirib.

Futbolçunun Yaponiya millisində 89 oyunda 55 qolu var. 2024-cü il mövsümündə Miura 10 oyun keçirib və orta hesabla hər oyunda 30 dəqiqə meydanda olub.

Klubun məlumatına görə, o, formasını erkən məşqlər və ailədən ayrı yaşama daxil olmaqla ciddi rejim sayəsində qoruyub saxlayır ki, matçlara hazırlaşa bilsin.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv