Baş nazir: “Azərbaycan və Türkiyə bir-birinin ən böyük sərmayədarlarıdır”

Baş nazir: “Azərbaycan və Türkiyə bir-birinin ən böyük sərmayədarlarıdır”






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Dollar, #Əli Əsədov, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə ilə investisiyalar sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən razılıq ifadə edib.

presstvaz “Report”a istinadən xəbər verir ki, Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışında Baş nazir vurğulayıb ki, Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridirlər.

“Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 20 mlrd dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 mlrd dollardan çox sərmayə qoyub. Türkiyədə 3 000 Azərbaycan şirkəti fəal iş aparır. Azərbaycanda isə Türkiyə investisiyalı 4600-dən çox kommersiya qurumu mövcuddur. Biz Türkiyə şirkətlərinin fəaliyyəti üçün bütün lazımi şəraiti yaratmışıq”, – o deyib.

Ə.Əsədov qeyd edib ki, azad edilmiş ərazilərində icra edilən layihələrdə Türkiyə şirkətləri Azərbaycanla bərabər çalışır:

“20-yə yaxın Türkiyə şirkəti həmin ərazilərdə 50-ə yaxın layihə icra edir ki, həmin layihələrin ümumi dəyəri təqribən 5 milyard dollardır. Bu layihələr avtomobil və dəmir yollarının tikintisi, enerji, kənd təsərrüfatı, su və meliorasiya, layihələndirmə və digər sahələri əhatə edir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv