Azərbaycana investisiya qoyuluşunu kəskin artıran ölkələrin adları məlum oldu

Azərbaycana investisiya qoyuluşunu kəskin artıran ölkələrin adları məlum oldu






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Böyük Britaniy, #Böyük Britaniya, #Dollar, #Finlandiya, #Macarıstan, #Qazax, #Qazaxıstan, #Rusiya, #Serbiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana yönələn investisiyaların həcmi 181 milyon 208 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 83.3 milyon dollar və ya 1.8 dəfə çoxdur. Ümumi birbaşa xarici investisiyalar içərisində Rusiyanın payı 3.8 faiz olub.

presstvaz rəsmi statistikaya istinadən xəbər verir ki, bu il Azərbaycana investisiya qoyuluşunu artıran ölkələrdən biri də İsveçrədir. Bu ölkə Azərbaycana 283 milyon 982 min dollar həcmində birbaşa xarici investisiya yatırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 236.3 milyon dollar və ya təxminən 6 dəfə artım deməkdir. Bu ölkənin ümumi investisiyalarda payı 6 faiz təşkil edib.

Macarıstandan yatırılan birbaşa xarici investisiyaların həcmi 260 milyon 644 min dollar olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 126.9 milyon dollar və ya 1.9 dəfə çoxdur və ümumi investisiyalarda 5.5 faiz paya malikdir.

İsveçdən Azərbaycana 29.664 milyon dollar, Finlandiyadan 21.206 milyon dollar, Qazaxıstandan 17.193 milyon dollar və Serbiyadan 6.187 milyon dollar həcmində birbaşa xarici investisiya daxil olub. Qeyd olunan ölkələr üzrə də illik müqayisədə ciddi artım müşahidə edilib.

Hesabat dövründə ən çox xarici investisiyanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı yatırıb: 1 milyard 243 milyon 118 min dollar.

Qeyd edək ki, ümumilikdə cari ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 4 milyard 736 milyon dollarından çox olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 213.5 milyon dollar və ya 4.7 faiz artım deməkdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv