Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Bakı, #Cənubi Qafqaz, #Doğum günü, #Heydər Əliyev, #İlham Əliyev, #Kuba, #Milan, #Qəbələ, #Rusiya, #Sankt-Peterburq, #Süni intellekt, #Tacikistan, #Təbrik, #Təhsil, #Universitetlər, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

presstvaz     President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sankt-Peterburq Hökuməti və şəhərin sakinləri adından Sizi doğum gününüz münasibətilə təbrik edirik.

Siz parlaq siyasi xadim kimi atanızın – Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin böyük işini ləyaqətlə və inamla davam etdirirsiniz.

Sizin rəhbərliyinizlə Azərbaycan dövlət quruculuğu, iqtisadi rifah və beynəlxalq nüfuz sahələrində mühüm nailiyyətlər qazanıb, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib, Cənubi Qafqazda və Avrasiyada əsas güc mərkəzlərindən birinə çevrilib.

Sankt-Peterburq və Bakını uzun illərdir səmərəli əməkdaşlıq, ümumi tarixə, mədəniyyətə və insan talelərinə söykənən əsl qardaşlıq telləri bağlayır.

Biz Neva sahilində yerləşən şəhərdə böyük və fəal Azərbaycan diasporunun yaşaması, təhsil alması və işləməsi ilə qürur duyuruq. Muzeylərimiz, teatrlarımız, universitetlərimiz və müəssisələrimiz çoxsaylı birgə layihələrlə bir-birinə bağlıdır.

Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının rifahı naminə yeni nailiyyətlər arzulayıram.

Qoy Sankt-Peterburq ilə Azərbaycan arasında dostluq əlaqələri hər il daha da möhkəmlənsin və dərinləşsin!”

Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

presstvaz      President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz münasibətilə şəxsən öz adımdan və Türk Dövlətləri Təşkilatının Katibliyinin heyəti adından səmimi-qəlbdən təbrik edim.

Bu il oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Azərbaycanın tarixi və gözəl şəhəri olan Qəbələdə keçirilən 12-ci Zirvə görüşü çərçivəsində görüşümüzü məmnuniyyətlə xatırlayıram. İnanıram ki, Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə təşkilatımız daha da güclənəcək və inkişaf edəcəkdir.

Təşkilatımız çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinə verdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Zati-alinizə cansağlığı və Azərbaycan Respublikasının inkişafı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

Müstəqil Dövlətlər Birliyinin baş katibi Sergey Lebedev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

presstvaz      President.az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

“Çox hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Uzaqgörən siyasi xadimin parlaq keyfiyyətləri və məqsədlərə çatmaqda nümayiş etdirilən əzmkarlıq ali dövləti vəzifənizdəki uğurlu fəaliyyətinizi əvvəlcədən müəyyənləşdirir.

Sizin rəhbərliyinizlə aparılan islahatlar sayəsində Azərbaycan Respublikası dövlət institutlarının təkmilləşdirilməsi, davamlı sosial-iqtisadi tərəqqiyə nail olunması, regionda və dünyada mövqelərinin möhkəmləndirilməsi yolunda inamla irəliləyir.

Fürsətdən istifadə edərək Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya əməkdaşlığının qorunması və dərinləşdirilməsi məsələlərində ardıcıl mövqeyinizə, MDB dövlətləri arasında dostluq münasibətlərinin inkişafına verdiyiniz şəxsi töhfəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Çox hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, rifah diləyir, bütün planlarınızın və təşəbbüslərinizin həyata keçməsində uğurlar arzulayıram”.

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

presstvaz       President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin gərgin əməyiniz sayəsində qardaş Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə əhəmiyyətli uğurlar qazanıb.

Çoxillik səmərəli fəaliyyətiniz, yüksək peşəkarlığınız və Vətənə sədaqətlə xidmətiniz həm həmvətənləriniz arasında, həm də ölkənin hüdudlarından kənarda Sizə böyük ictimai rəğbət və nüfuz qazandırıb.

Dağıstanda Azərbaycan Respublikası ilə əsrlər boyu davam edən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan tarixi səmərəli əməkdaşlıq yüksək dəyərləndirilir.

Hörmətli İlham Heydər oğlu, qarşıdan gələn 2026-cı ildə Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

presstvaz     President.az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

“Doğum gününüz münasibətilə Sizə öz adımdan və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO adından səmimi təbriklərimizi çatdırmaqdan və ən yüksək ehtiramımızı ifadə etməkdən şərəf duyuram.

Bu əlamətdar gün Sizin müdrik liderliyinizi və Azərbaycan Respublikasının tərəqqisinə, sabitliyinə, beynəlxalq mövqeyinin möhkəmlənməsinə sarsılmaz sadiqliyinizi qeyd etmək üçün yaxşı fürsət yaradır. Zati-alinizin rəhbərliyi ilə Azərbaycan mədəniyyətlərarası dialoqa, sülhə, əməkdaşlığa və davamlı inkişafa böyük töhfələr verməklə İslam dünyasında və onun hüdudlarından kənarda fəal rol oynamaqda davam etmişdir.

ICESCO Azərbaycan Respublikası ilə xüsusilə təhsil, süni intellekt, mədəniyyət və irs sahələrində sıx və məhsuldar əməkdaşlığa böyük əhəmiyyət verir. Ortaq məqsədlərimizə və dəyərlərimizə nail olmaq üçün bu tərəfdaşlığı daha da möhkəmləndirməyə sadiq qalırıq.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə və hörmətli ailənizə möhkəm cansağlığı, davamlı uğurlar və rifah arzulayıram. Həmçinin Sizin rəhbərliyinizlə dost Azərbaycan xalqına bundan sonra da tərəqqi və firavanlıq diləyirəm.

Zati-aliləri, icazə verin, Sizə ən yüksək hörmət və ehtiramımı bildirim”.

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

presstvaz   President.az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

“Doğum gününüz münasibətilə səmimi təbriklərimi, möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzularımı qəbul etməyinizi xahiş edirəm.

Siz doğma Vətəninizə yorulmadan və sədaqətlə xidmət göstərir, onun sistemli sosial-iqtisadi və ictimai-siyasi inkişafını, sabitliyini təmin edir, ardıcıl olaraq mühüm strateji təşəbbüslər həyata keçirirsiniz.

Qoy bütün planlarınız bundan sonra da həmvətənlərinizin yekdil dəstəyi ilə səmərəli şəkildə reallaşsın, Azərbaycan Respublikasında və beynəlxalq aləmdə sahib olduğunuz yüksək nüfuz əhəmiyyətli məqsədlərinizə çatmağınıza kömək olsun!

Çoxşaxəli Rusiya-Azərbaycan tərəfdaşlığı və qlobal sülh naminə Tatarıstan və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə ümidvar olduğumu bildirirəm.

Sizə və yaxınlarınıza xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram”.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib.

presstvaz President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu sevincli günlə əlaqədar ən xoş arzularımı qəbul edin.

Sizə bu əlamətdar gündə, ilk növbədə, möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Azərbaycan xalqının bundan sonra da tərəqqisi və ölkənizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Sevindirici haldır ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə davamlı və hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir.

Dövlət başçısı vəzifəsində nailiyyətləriniz ölkə daxilində və onun hüdudlarından kənarda Sizə böyük nüfuz və hörmət qazandırıb.

Fürsətdən istifadə edərək Tacikistan ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif aspektlərinin daha da möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqətli münasibətinizi xüsusi olaraq qeyd etmək istərdim.

Əminəm ki, aramızda yaranan etibarlı siyasi dialoqa və sıx dostluğa əsaslanaraq, ölkələrimizin strateji tərəfdaşlıq çərçivəsində qarşılıqlı münasibətlərinin bundan sonra da birgə təşviqini davam etdirəcəyik”.

Xorvatiyanın Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

presstvaz President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, həm şəxsi həyatınızda, həm də dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Əminəm ki, Xorvatiya və Azərbaycan xüsusi əhəmiyyət kəsb edən iqtisadi əməkdaşlığın inkişafı istiqamətində birgə səylərimizlə qarşılıqlı dostluğu və ikitərəfli əlaqələri möhkəmləndirməyə və dərinləşdirməyə davam edəcəkdir.

Sizə ən xoş arzularımı çatdırır, ölkənizin vətəndaşlarına tərəqqi və firavanlıq diləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv