Azər Aydəmirdən çağırış: “İnformasiya ilə davranışımız məsuliyyətli olmalıdır”

Azər Aydəmirdən çağırış: “İnformasiya ilə davranışımız məsuliyyətli olmalıdır”






presstv

"Presstv"az #Aktyor, #Audi, #Sosial şəbəkələr, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Media Savadlılığı” Həftəsi çərçivəsində aparılan maarifləndirmə kampaniyasında tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir media savadlılığının əhəmiyyəti haqqında fikirlərini bölüşüb.

presstvaz xəbər verir ki, Azər Aydəmir qeyd edib ki, sosial şəbəkələrdə rast gəldiyimiz videolar və görüntülər həmişə həqiqəti bütöv şəkildə əks etdirməyə bilər:

“Bəzən montaj, kontekstdən çıxarma, bəzən də süni intellekt vasitəsilə hazırlanmış saxta məzmun insanı yanlış nəticəyə gətirib çıxarır. Məhz buna görə də informasiya ilə davranışımız daha məsuliyyətli olmalıdır.

Hər hansı məlumatı paylaşmazdan əvvəl mənbəyə diqqət yetirək, təsdiqini axtaraq. Eyni məlumatın etibarlı resurslarda necə təqdim olunduğunu mütləq yoxlayaq. Biz ekranda hekayəni necə məsuliyyətlə qururuqsa, izlədiyimiz məzmunu da eyni məsuliyyətlə dəyərləndirməliyik”.

Sonda o, Medianın İnkişafı Agentliyinin media savadlılığının artırılması üzrə həyata keçirdiyi təşəbbüslərə dəstək olduğunu bildirərək, hər kəsi məlumatları dəyərləndirərkən daha diqqətli və qəti mövqe sərgiləməyə dəvət edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv