Nizami Kino Mərkəzində “Harmoniya” sənədli filminin təqdimatı keçirilib

Nizami Kino Mərkəzində “Harmoniya” sənədli filminin təqdimatı keçirilib






presstv

"Presstv"az #Ailə, #Arzu Əliyeva, #Audi, #Azərbaycan, #Bakı, #Günəş, #Media Mərkəzi, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filminin təqdimatı keçirilib.

presstvaz xəbər verir ki, film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə layihəsidir.

Bakı Media Mərkəzinin istehsal etdiyi sənədli film Azərbaycanda müxtəlif dinlərin mənsublarının birgəyaşayışı üçün yaradılmış imkanlar, dinlərarası harmoniyanın təbliği məqsədilə hazırlanıb. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissoru Fuad Məmmədzadə, ssenari müəllifləri Fuad Məmmədzadə və Ramil Ələkbərov, quruluşçu operatoru Ziya Babayev və bəstəkarı Hafiz İbrahimlidir.

Nizami Kino Mərkəzində “Harmoniya” sənədli filminin təqdimatı dövlət qurumlarının təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, dini icmaların rəhbərlərinin, media nümayəndələrinin və ziyalıların iştirakı ilə keçirilib. Təqdimat mərasimində filmin ideya və məqsədləri, həmçinin ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin əhəmiyyəti barədə çıxışlar edilib.

Filmin çəkilişləri Azərbaycanın müxtəlif bölgələrində, dini ibadətgahlarda, eyni zamanda ölkəmizdə formalaşmış nümunəvi tolerantlıq və multikulturalizm mühitini, dinlərarası harmoniyanı, həmrəyliyi, mədəni müxtəlifliyi, birgəyaşayış dəyərlərini təbliğ və təşviq etmək məqsədilə noyabrın 5-də Bakıda keçirilən “Fərqliliyin rəngi” festivalında aparılıb.

Film fərqli din mənsubu olan üç rəfiqənin gündəlik həyatı və qarşılıqlı münasibətlərinin nümunəsində ölkəmizdəki tolerant mühiti işıqlandırır. Onların yaşam tərzi, ailə münasibətləri, dini ibadətləri və dostluq əlaqələri fonunda Azərbaycanda hökm sürən qarşılıqlı anlayış, etimad və mədəni müxtəliflik mühiti tamaşaçıya çatdırılır.

Qəhrəmanların ailə həyatları, ibadətləri və illərlə davam edən münasibətləri onların mədəni müxtəliflik və sülh şəraitində yaşadıqlarını nümayiş etdirir. Sənədli film vasitəsilə cəmiyyətdə tolerantlıq, qarşılıqlı hörmət və multikultural dəyərlərin təbliği, eyni zamanda ölkəmizin dinlərarası harmoniyanın qorunması və inkişafı istiqamətində həyata keçirdiyi dövlət siyasətinin mahiyyəti diqqətə çatdırılır.

Sonda məlumat üçün bildirək ki, Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq Bakı Media Mərkəzi üçün yarandığı ilk gündən böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks elətdirən “Hədəf Bakıdır”, “Miras”, “Tağıyev”, “Son iclas”, “Əbədi ezamiyyət”, “Biz” və “Şuşa, sən azadsan!” kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edib. “Harmoniya” sənədli filmi də “Bir günəş altında” sənədli filmindən sonra Azərbaycanda multikulturalizm ənənəsinin gündəlik həyatdakı təzahürlərini real insan hekayələri ilə təqdim edən Mərkəzin istehsal etdiyi növbəti yaddaqalan sənədli ekran işidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv