Turistlər üçün BƏD XƏBƏR: Fevralın 1-dən etibarən…

Turistlər üçün BƏD XƏBƏR: Fevralın 1-dən etibarən…






presstv

"Presstv"az #Mətbuat konfransı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fevralın 1-dən etibarən Romaya səfər edən turistlər Trevi fəvvarəsini ziyarət etmək üçün 2 avro giriş haqqı ödəməli olacaqlar. Roma şəhərinin sakinləri üçün isə giriş pulsuz qalacaq.

presstvaz xəbər verir ki, Roma meri Roberto Qualtieri mətbuat konfransında bildirib ki, paytaxtda ümumilikdə altı məşhur turizm obyektinə giriş ödənişli olacaq. Bu siyahıya Trevi fəvvarəsi (hovuzun ön hissəsi), eləcə də Villa Maxentius, Napoleon, Karlo Barakko, Pilotti və Kanonika muzeyləri daxildir.

Merin sözlərinə görə, turistlərdən alınacaq simvolik ödəniş hesabına şəhər büdcəsinə ildə təxminən 6,5 milyon avro gəlir əldə edilməsi planlaşdırılır. Trevi fəvvarəsinə giriş 09:00-22:00 saatlarında ödənişli, digər vaxtlarda isə pulsuz olacaq.

Məlumata görə, son bir ildə Trevi fəvvarəsini təxminən 9 milyon turist ziyarət edib, gün ərzində isə bu rəqəm 30-70 min nəfər arasında dəyişir. Həddindən artıq turist axınının qarşısını almaq məqsədilə yanvar ayından etibarən eyni vaxtda maksimum 400 nəfərin daxil ola biləcəyi məhdudiyyət tətbiq olunub.

XVIII əsrdə memar Nikola Salvi tərəfindən inşa edilən Trevi fəvvarəsi barokko üslubunun nadir nümunələrindən sayılır və romantik filmlərə ev sahibliyi etdiyi üçün "Sevgi fəvvarəsi" kimi tanınır.

 

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv