Polad Bülbüloğlu Şuşadakı evinin bağını göstərdi

Polad Bülbüloğlu Şuşadakı evinin bağını göstərdi






presstv

"Presstv"az #Audi, #Bakı, #Polad Bülbüloğlu, #Şuşa, #Şuşa şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xalq artisti Polad Bülbüloğlu AZTV-də yayımlanan “21-ci əsr” verilişinin qonağı olub.

presstvaz xəbər verir ki, verilişin aparıcısı Rafiq Həşimovla söhbət zamanı Polad Bülbüloğlu oğlu Murtuza Bülbüloğlu ilə birlikdə Şuşa şəhərində yerləşən evinin bağını nümayiş etdirib. O, bağda müxtəlif meyvə ağaclarının olduğunu bildirib, alma, armud və qoz ağaclarının hər il bol məhsul verdiyini qeyd edib. Xalq artisti yetişən məhsulları qonşulara, tanışlara və Bakıya da göndərdiyini vurğulayıb.

Veriliş zamanı Murtuza Bülbüloğlu da Şuşa ilə bağlı xatirələrini bölüşüb. O bildirib ki, atası Polad Bülbüloğlu Şuşada həm işğaldan əvvəl, həm də işğal dövründə olub. Özünün isə Şuşaya ilk səfəri şəhər azad edildikdən sonra, 2021-ci ildə baş tutub.

Murtuza Bülbüloğlu qeyd edib ki, “Xarı bülbül” musiqi festivalının bərpası zamanı ilk dəfə Şuşaya gəlib və bu səfər onda böyük həyəcan və qürur hissi yaradıb.

Ətraflı süjetdə:

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv