Şabran sakini: “Gəlin toy günü evindən çıxanda atasının ayağından öpərdi”

Şabran sakini: “Gəlin toy günü evindən çıxanda atasının ayağından öpərdi”






presstv

"Presstv"az #Ailə, #Audi, #Novruz bayramı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“O vaxtlar” verilişinin budəfəki qəhrəmanı Şabran rayonunun Dağbilici kənd sakini Bayram Ağasıyev olub.

Bayram Ağasıyev Novruz bayramı ilə bağlı qədim adət-ənənələrdən söz açıb.

Onun sözlərinə görə, bayram günlərində yaşlı nəslin qadınları bir yerə toplaşar, böyük qazanlarda səməni bişirərdilər. Kişilər isə ayrı bir otaqda yığışaraq söhbət edərdilər. Səməni hazır olduqdan sonra dualar oxunar, yeni ilə sağ-salamat çatdıqları üçün Allaha şükür edilərdi. Daha sonra bişirilən səməni bütün kənd əhalisinə paylanardı.

Şabran sakini keçmiş toy və ailə adətlərinə də toxunub. Bildirib ki, gəlin ata evindən köçən zaman bir-iki gün atasını və qardaşını görməzdi. Gəlin evdən çıxan gün atasının əlindən və ayağından öpərək halallıq alardı. Oğlanın atası isə gəlinin belindən üç dəfə qırmızı kəmər bağlayıb açar, başının üzərində çörək tutardı. Bu mərasim “xeyir-bərəkət aparasan, getdiyin evə uğur gətirəsən” anlamını ifadə edirdi.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv