"Donbasdan çıxmaq Ukrayna üçün qəbuledilməzdir"

"Donbasdan çıxmaq Ukrayna üçün qəbuledilməzdir"






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Müharibə, #Rusiya, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Donbasla bağlı kompromis axtarır.

presstvaz xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski bildirib.

O deyib ki, Ukrayna ordusunun Donbasdan çıxması rusların əsas şərtidir, lakin Ukrayna üçün belə bir tələb qəbuledilməzdir, buna görə ABŞ hər iki tərəf üçün kompromis variant axtarır.

Prezident qeyd edib ki, Ukrayna nümayəndə heyəti artıq ABŞ yolundadır, avropalıların danışıqlara qoşulacağı da mümkündür.

Zelenski diqqətə çatdırıb ki, Ukrayna ordusunun sayı ən azı 800 min olmalıdır: "Ukrayna ordusunun silahlanması və gücləndirilməsi məsələsi müzakirə olunur".

Hazırda rusların sülh sazişindən imtina etdiyinə dair heç bir əlamətin olmadığını deyən Ukrayna Prezidentinin sözlərinə görə, amerikalılar deyir ki, Putin müharibənin bitməsinə hazırdır.

Zelenski Putinin son açıqlamalarına da münasibət bildirib. O qeyd edib ki, Putinin son açıqlamaları Rusiya Federasiyasının müharibəni davam etdirmək niyyətində olduğunu göstərir: "Əgər Putin "diplomatik dalğanı" ləngitsə, ABŞ Rusiya Federasiyasına təzyiq göstərəcək".

O əlavə edib ki, istənilən müharibə danışıqlarla başa çatır və bunun mümkün qədər tez baş verməsi Ukrayna üçün vacibdir. /APA


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv