Kombi nə zaman partlayır? – Açıqlama

Kombi nə zaman partlayır? – Açıqlama






presstv

"Presstv"az #Hadisə, #qaz sızması, #Qış mövsümü

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qış mövsümünün yaxınlaşması ilə kombi istifadə edənlərin narahatlıqları artır. 

Sakinləri ən çox narahat edən "Kombi nə zaman partlayır?" sualıdır. 

presstvaz xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kombilərin partlaması çox nadir rast gəlinən hadisə olsa da, düzgün qulluq edilmədiyi halda təhlükə yarana bilər. Kombidə təhlükə əsasən üç halda artır:

"Qaz sızmasının vaxtında aşkarlanmadığı zaman sızma uzun müddət davam edərsə, qapalı məkanda qaz yığıla və qığılcım nəticəsində alovlana bilər.

Hava dövriyyəsinin pozulduğu hallarda kombi olan otaqda ventilyasiya zəifdirsə, cihazın yanma prosesi pozulur və cihaz sıradan çıxa bilər.

Təzyiqin normadan yuxarı qalxdığı zaman kombi sistemində təzyiq nəzarətsiz şəkildə artırsa, avadanlıq özünü qoruma rejiminə keçə bilmədikdə nasazlıqlar baş verə bilər".

Mütəxəssislər vətəndaşlara kombinin uzunömürlü və təhlükəsiz işləməsi üçün bir neçə vacib qaydanı xatırladır:

"Cihaz ildə ən azı bir dəfə peşəkar ustaya göstərilməlidir. Qaz qoxusu hiss edilərsə, dərhal cihaz söndürülməli və qaz xətləri bağlanmalıdır. Kombinin yerləşdiyi otaqda hava dövriyyəsi daim təmin edilməlidir. Təzyiq göstəricisi tez-tez yoxlanmalı, normadan yuxarı dəyişdikdə ustaya müraciət olunmalıdır".

Mütəxəssislər onu da bildiriblər ki, müasir kombilər təhlükəsizlik sistemləri ilə təchiz olunduğundan düzgün istifadə edildikdə partlama riski minimumdur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv