İki fransalı futbolçu Azərbaycandan deportasiya olundu

İki fransalı futbolçu Azərbaycandan deportasiya olundu






presstv

"Presstv"az #Azərbaycan, #Cəbrayıl, #Deportasiya, #Fransa, #Futbol, #Şamaxı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda oynayan iki legioner futbolçu deportasiya olunub.

presstvaz Prosport.az-a istinadən xəbər verir ki, bunlar I Liqa klubunda çıxış edən afrikaəsilli Fransa vətəndaşlığı olan əcnəbi futbolçulardır.

Belə ki, bunlar "Cəbrayıl"da çıxış edən 20 yaşlı seneqaləsilli qapıçı Matiss Morvill və 22 yaşlı sol cinah vingeri Noa Lobedir. Hər iki futbolçu sentyabrın 1-də komanda ilə müqavilə bağlamışdı.

Onlar Dövlət Miqrasiya Xidməti tərəfindən deportasiya olunublar. Buna səbəb isə futbolçuların yaşadığı müvəqqəti ünvanla bağlı problemin mövcudluğudur.

"Şahdağ Qusar"ın ötən ay transfer etdiyi 18 yaşlı qanalı Kvaku Adcey də deportasiya oluna bilərmiş. Lakin ona görə klub tərəfindən cərimə ödənilib və futbolçunun deportasiya olunmasının qarşısı alınıb.

Qeyd edək ki, "Cəbrayıl" bu gün çempionatın lideri "Şəfa"nı Şamaxıda qəbul edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv