“Cahan” Şirkətlər Qrupuna daxil olan Enna MMC şirkəti “Dayaq” mükafatına layiq görülüb

“Cahan” Şirkətlər Qrupuna daxil olan Enna MMC şirkəti “Dayaq” mükafatına layiq görülüb






presstv

"Presstv"az #Audi, #İqtisadiyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dekabr ayının 18-də İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində sahibkarlara “Dayaq” mükafatı təqdim olunub.

2025-ci ildə biznes fəaliyyətində innovativ və müasir yanaşmaların tətbiqi, ixracyönümlü məhsul və xidmətlərin istehsalı, həmçinin aktiv investisiya fəaliyyəti ilə fərqlənən “Cahan” Şirkətlər Qrupuna daxil olan “Enna” MMC “Dayaq” mükafatına layiq görülüb.

Qeyd edək ki, “Enna” MMC innovativ texnoloji avadanlıqlarla təchiz olunmuş istehsal xəttinə malik olmaqla saatda 40 min, illik isə 230 milyon banka içki istehsal etmək gücünə sahibdir. Müəssisə istehsal potensialına görə Qafqaz regionunda ən iri zavodlardan biri hesab olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv