Müəmmalı kometa Yerin ən yaxın nöqtəsindən keçdi

Müəmmalı kometa Yerin ən yaxın nöqtəsindən keçdi






presstv

"Presstv"az #Audi, #Gəmi, #Planet, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ulduzlararası kometa “3I/ATLAS” Yerə ən yaxın məsafədən keçib. Kosmik obyektdən Yerə olan məsafə təxminən 269 milyon kilometr olub.

presstvaz xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Alimlərin fikrincə, səma cismi üçün növbəti vacib nöqtə martın 16-da təxminən 53 milyon kilometr məsafədən keçəcəyi Yupiter olacaq.

Məlumata görə, “3I/ATLAS” astronomlar tərəfindən kosmik müşahidələr tarixində kəşf edilən üçüncü ulduzlararası obyekt olub. Elm adamları 2017-ci ildə “Oumuamua” asteroidini, 2019-cu ildə isə “2I/Borisov” kometasını kəşf ediblər.

Əksər alimlər “3I/ATLAS”ın ulduzlararası kometa olduğuna inanırlar. Lakin Harvard universitetinin astrofiziki Avi Leb süni mənşəli əlamətlər göstərdiyini iddia edərək, “3I/ATLAS” kometasını nəhəng “yadplanetli gəmi” adlandırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv