AFFA “Sabah” – “Qarabağ” matçı ilə bağlı cəzaları açıqlayıb

AFFA “Sabah” – “Qarabağ” matçı ilə bağlı cəzaları açıqlayıb






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Premyer Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının I turundan təxirə salınmış “Sabah” – “Qarabağ” matçı ilə bağlı cəzaları açıqlayıb.

presstvaz xəbər verir ki, bu barədə komitənin iclasında qərarlar qəbul olunub.

Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” klubu 2 500 manat cərimələnib.

“Qarabağ” isə azarkeşlərinə görə cərimələnib. Belə ki, fanatları tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Ağdam təmsilçisi 7 000 manat ziyana düşüb. Bununla yanaşı, oturacaqlar sındırıldığı, stadiona zərər vurulduğu üçün “Qarabağ” daha 3 000 manat ödəməli olacaq. Stadiona dəymiş ziyan son çempion tərəfindən qarşılanacaq.

Ağdam klubuna, həmçinin oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə xəbərdarlıq edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv