Faiq Xudayev: “Elmi işçi 400-450 manat maaş alırsa, aqrar sektora hansı töhfəni verə bilər?”

Faiq Xudayev: “Elmi işçi 400-450 manat maaş alırsa, aqrar sektora hansı töhfəni verə bilər?”






presstv

"Presstv"az #Audi, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Elmi işçi 400-450 manat, elmlər doktoru 700 manat maaş alırsa, onların aqrar sektora verəcəyi töhfə sual altındadır”.

presstvaz xəbər verir ki, bu fikirləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev parlamentin Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, qurumda 5 ildir rəhbər kimi fəaliyyət göstərir:

“Bu günə qədər çox tədbirlər keçirmişik, amma təəssüflər olsun ki, deputatlarımız orada iştirak etməyib. Ümid edirəm ki, bugünkü dinləmədən sonra aqrar sektor və Milli Məclis arasında əlaqə daha da güclənəcək. Düşünürəm ki, belə tədbirlər sözügedən sahədə kadr çatışmazlığını həll edəcək. Məlumat üçün deyim ki, təmsil etdiyim qurumda 300 nəfərdən çox işçi çalışır. Bunlardan 140 nəfəri elmi fəaliyyətlə məşğul olur. Bu şəxslərin də 44 nəfəri elmlər namizədi, 8 nəfəri isə elmlər doktorudur. Elmi-Tədqiqat İnstitutunun maddi-texniki bazası yüksək səviyyədə inkişaf edib. Lakin “Niyə kadr çatışmazlığı var” sualının arxasında başqa səbəblər dayanır. Bu, elmi-tədqiqat müəssisələrində çalışan gənclərin əmək haqqı məsələsidir. Elmi işçi 400-450 manat maaş alırsa, bu şəxs gələcəkdə aqrar sektora hansı töhfəni verə bilər? Bundan başqa, elmlər doktoru 700 manat maaş alırsa, düşünürəm ki, onun H indeksli məqalələrinin çap olunması sual altında olacaq. Ümid edirəm ki, bu tədbirlərdən sonra sözügedən problemlər həll olunacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv