Saxta spirtli içki təhlükəsi: AQTA bayram günləri ilə bağlı MÜRACİƏT etdi

Saxta spirtli içki təhlükəsi: AQTA bayram günləri ilə bağlı MÜRACİƏT etdi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Qida məhsulları, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbazlar”ın qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri keçirilir və aşkar olunan qanunazidd hallarla bağlı ən sərt tədbirlər görülür”.

presstvaz xəbər verir ki, bu barədə AQTA-nın müraciətində deyilir.

Qeyd olunur ki, adətən, dələduzlar bu cür qanunsuz fəaliyyətlə gizli və qapalı məkanlarda məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyi və bu istiqamətdə ictimai nəzarət mühüm əhəmiyyət kəsb edir.

“Kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. Zəhərlənməyə səbəb olan metil texniki və sənaye spirtidir, onun qida kimi istifadə edilməsi yolverilməzdir. Metil spirtinin az miqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəb olur.

Qida üçün nəzərdə tutulmayan təhlükəli maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadəsi qəti şəkildə yolverilməzdir. Həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır.

İstehlakçıların bu məsələdə diqqətli olmaları tövsiyə olunur. Belə qanunsuz hallarla rastlaşdıqda aidiyyəti dövlət orqanlarına, o cümlədən AQTA-nın “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur. İctimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirsinlər, qida təhlükəsizliyi ilə bağlı müvafiq sənədləri tələb etsinlər”, – müraciətdə qeyd edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv