Sidneydə terror aktı planlaşdırmaqda şübhəli bilinən şəxslər saxlanılıb

Sidneydə terror aktı planlaşdırmaqda şübhəli bilinən şəxslər saxlanılıb






presstv

"Presstv"az #Audi, #Avstraliya, #Hadisə, #Odlu silah

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avstraliya polisi Sidneydə terror aktı hazırlamaqda şübhəli bilinən yeddi nəfəri həbs edib.

presstvaz xəbər verir ki, bu barədə ABC radiosu Yeni Cənubi Uels polis bölməsindəki mənbəsinə istinadən məlumat yayıb.

Xəbərə görə, dekabrın 18-də Viktoriya ştatından Sidneyə yollanan şəxslər zorakılıq aktı planlaşdırıblar.

Yerli polisdən bildirilib ki, axtarışlar zamanı şübhəli şəxslərdən yalnız bıçaq tapılıb, odlu silah aşkar edilməyib.

Qeyd olunur ki, saxlanılanların qanlı hadisələr törətmək məqsədilə Bondi çimərliyinə getmək niyyətində olduqlarına dair bəzi dəlillər mövcuddur.

“Şübhəli şəxsləri saxlamaq qərarına gəldik. Ötən həftə Sidneydə baş verən terror aktından sonra polis risk etməməlidir”, – deyə polis bölməsinin rəsmisi bildirib.

Xatırladaq ki, dekabrın 14-də Sidney çimərliyində yəhudilərin Hanuka bayramının qeyd olunduğu yerdə terror aktı baş verib. Hadisə zamanı 16 nəfər ölüb, 40-dan çox sakin yaralanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv