Rusiyada 10 yaşlı tacik uşağı öldürüb videoya çəkən yeniyetmə həbs edildi

Rusiyada 10 yaşlı tacik uşağı öldürüb videoya çəkən yeniyetmə həbs edildi






presstv

"Presstv"az #Ailə, #Audi, #Cinayət işi, #Moskva vilayəti, #Rusiya, #Tacikistan, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya paytaxtının Tverskoy Məhkəməsi Moskva vilayətinin Odintsovo şəhərində məktəbə hücumda və 10 yaşlı uşağın qətlində ittiham olunan yeniyetmənin həbsinə qərar verib.

presstvaz “RIA Novosti”yə istinadən xəbər verir ki, daha əvvəl Moskva vilayəti üzrə Rusiya İstintaq Komitəsi qətl və qətl cəhdinə görə cinayət işi qaldırıb.

Uşağın qətlinə görə cəza ömürlük azadlıqdan məhrumetməyədək nəzərdə tutulur.

Qorki-2 qəsəbəsində yerləşən Uspensk ümumtəhsil məktəbinə hücum dekabrın 16-da səhər saatlarında baş verib. 15 yaşlı 9-cu sinif şagirdi bıçaqla 4-cü sinifdə oxuyan məktəblini ölümcül yaralayıb, məktəbin mühafizəçisi də xəsarət alıb. Yeniyetmə törətdiyi hərəkətləri videoya çəkib.

Həlak olmuş uşaq Tacikistan vətəndaşları olan ailədən idi, hücum edən yeniyetmə isə nasist baxışlarına sahib olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv