Zelenski Ukrayna və ABŞ-nin kompromis əldə edə bilmədikləri mövzuları sadalayıb

Zelenski Ukrayna və ABŞ-nin kompromis əldə edə bilmədikləri mövzuları sadalayıb






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Rusiya, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ukrayna və ABŞ hələ də üç məsələ üzrə kompromis əldə edə bilməyiblər”.

presstvaz RBC-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə bildirib.

“ABŞ ilə müzakirə etdiyimiz həssas məsələlərə gəlincə, bunlar Donbasdır – hələ də həll olunmamış məsələdir, baxışlarımız fərqlidir. Zaporojye AES-in statusu da həll olunmayıb. Bir də maliyyə məsələsi var”, – deyə Zelenski vurğulayıb.

O izah edib ki, Rusiyanın aktivləri hesabına Ukraynaya “reparasiya krediti” verilməsini dəstəkləyir. Zelenski qeyd edib ki, maliyyələşmə mexanizminin Rusiyanın “əlinə keçməsini” istəmir.

Ukrayna prezidenti həmçinin qeyd edib ki, Avropa İttifaqı ölkəyə yeni maliyyə ayırmaqdan imtina edərsə, ölkədə pilotsuz uçuş aparatlarının istehsalı dəfələrlə azalacaq. Onun sözlərinə görə, Ukraynada bəzi hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı var.

Zelenski əlavə edib ki, 2026-cı ildə ölkəni 45-50 milyard avro həcmində büdcə kəsri gözləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv