Karlo Ançelottinin oğlu Braziliya klubundan ayrılıb

Karlo Ançelottinin oğlu Braziliya klubundan ayrılıb






presstv

"Presstv"az #"Real Madrid", #Braziliya, #Futbol

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur italiyalı məşqçi Karlo Ançelottinin oğlu Davide “Botafoqo” klubunun baş məşqçisi postundan ayrılıb.

presstvaz xəbər verir ki, bu barədə Braziliya klubu rəsmi məlumat yayıb.

Yerli mətbuatın yazdığına görə, gənc məşqçinin müqaviləsinin ləğvinə futbolçuların çox sayda zədəsinə görə fitnes məşqçisi Luka Gerranın işdən çıxarılmasına etirazı səbəb olub. O, rəhbərliyə yalnız bütün məşqçilər heyətinin saxlanılması şərti ilə klubda qalacağını bildirib. “Botafoqo” Ançelottinin tələbini qəbul etməyib.

Davide Ançelotti “Real Madrid”də atasının yanında və digər klublarda köməkçi-məşqçi kimi fəaliyyət göstərib. “Botafoqo” mütəxəssisin karyerasında baş məşqçi olduğu ilk klub olub.

Qeyd edək ki, o, 2025-ci ilin yayından Braziliya klubunu çalışdırırdı. Klub onun rəhbərliyi altında meydana çıxdığı oyunlarda 14 qələbə qazanıb, 11 heç-heçə edib və 7 görüşdə uduzub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv